ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Nyu-Yorkdakı “Trump Tower”də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb. Tramp açıqlamasında Ukraynada baş verənlərin utancverici olduğunu bildirib və “Bu qədər ölüm, bu qədər dağıntı. Bu dəhşətli bir şeydir” deyib.
Bu həftənin əvvəlində Pensilvaniyada keçirilən seçki mitinqindəki çıxışında Donald Tramp Zelenskinin ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasının rəqibi Kamala Harrisi dəstəklədiyini bildirib və Rusiya ilə müharibədə Kiyevə göstərilən yardıma işarə edərək, Zelenskinin “tarixin ən böyük marketoloqu” olduğunu iddia edib.
Şayəstə Hüseynova