image-trampbackend

Tramp HƏMAS-ı hədələyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS saat 12:00-a qədər israilli məhbusları azad etməsə, Qəzzanın başına nə gələcəyini bilmirəm.
Elchi.az xəbər verir ki, Tramp Ağ Evdə mətbuata açıqlama verib.
Qəzzadakı məhbusların azad edilməsi ilə bağlı nə gözlədiyiniz sualına Tramp belə cavab verib: “Saat 12:00-da nə olacağını bilmirəm. Məndən asılı olsaydı, çox sərt mövqe sərgiləyərdim. İsrailin nə edəcəyini sizə deyə bilmərəm”.
“Həmas-a girovları azad etmək üçün şənbə günü günorta saat 12:00-a qədər vaxt verdiyini” vurğulayan Tramp, HƏMAS-ın əlində olan bütün girovların azad edilməli olduğunu vurğulayıb.
Tramp həmçinin bildirib ki, HƏMAS əsir qadınlara pis rəftar edir və azad edilən əsirlər pis görünür.
Fevralın 15-də keçiriləcək məhbus mübadiləsinin altıncı turunda 3 israilli məhbusun müqabilində 369 fələstinli məhbusun azad ediləcəyi gözlənilir.
HƏMAS məhbus mübadiləsini dayandırıb
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutması gözlənilən məhbus mübadiləsinin “İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi” səbəbilə dayandırıldığını bildirib.
HƏMAS açıqlamasında bildirib ki, dayandırma qərarı məhbusların dəyişdirilməsindən 5 gün əvvəl elan edilib və bu, vasitəçi ölkələrə atəşkəs şərtlərinə əməl etməsi üçün İsrailə təzyiq etmək imkanı verib.
ABŞ prezidenti Donald Tramp şənbə günü günortaya kimi Qəzzada olan bütün məhbusların azad edilməməsi halında atəşkəsin ləğv edilməsi lazım olduğunu deyib və əlavə edib: “O zaman bütün cəhənnəm qopacaq”.
İsrailin baş naziri Benyamin Netanyahu İsrailli məhbusların azad edilmədiyi təqdirdə “atəşkəs sona çatacaq və şiddətli hücumlar başlayacaq” ilə hədələyib və orduya Qəzzaya və ətrafına əlavə qüvvələr göndərməyi əmr edib.
Fevralın 13-də HƏMAS atəşkəs razılaşmasına İsrailin maneələrini aradan qaldırmaq üçün vasitəçi ölkələrin öhdəliklərindən sonra saziş çərçivəsində məhbus mübadiləsini həyata keçirməyə davam edəcəyini açıqladı.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki