Donald Trampın ABŞ-da yenidən prezident seçilməsindən sonra bu ölkənin Asiya ölkələri, xüsusilə də Çinlə yaşadığı “çip müharibəsi”nin daha da şiddətlənəcəyi gözlənilir.
Elchi.az xəbər verir ki, respublikaçı namizəd Donald Trampın ABŞ-da keçirilən seçkilərdə qalib gələrək yenidən hakimiyyətə gəlməsi ilə ABŞ-ın texnologiya sahəsində atacağı addımlar dünyanın aparıcı media qurumları tərəfindən yenidən müzakirə olunmağa başlayıb. Trampın vəzifəyə keçdikdən sonra ABŞ-ın çip sənayesini oğurlamaqda günahlandırdığı Tayvandan gələn çiplərə tariflər tətbiq edəcəyi gözlənilir.
Trampın ilk dövründə, 2018-ci ilin mart ayında ABŞ-ın xarici ticarət kəsirini bağlamaq üçün Çindən idxal etdiyi günəş panelləri və alüminiuma gömrük rüsumlarının artırılması ilə başlayan ABŞ-Çin ticarət müharibəsi, Çinin əhəmiyyətli texnologiya nəhənglərindən biri olan Huawei-yə tətbiq edilən məhdudiyyətlərdən sonra tezliklə texnologiya müharibəsinə çevrildi.