image-abd-baskani-trump-suudi-arabistan-a-yaptirim-uygulayabiliriz-728x410backend

Tramp Cənubi Koreya prezidenti vəzifəsini icra edən Han ilə görüşüb

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın vitse-prezidenti Han Duck-soo ilə telefonda danışdığını və ABŞ ilə razılaşmaq istəyən bir çox ölkə ilə də görüşdüklərini bildirib.
Elchi.az xəbər verir ki,Tramp özünün Truth Social hesabında Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Han ilə telefon danışığı barədə yazı paylaşıb.
“Biz nəhəng və dayanıqlı olmayan ticarət profisitimizi, tariflərimizi, gəmiqayırma işini, ABŞ-dan LNG-nin geniş miqyaslı alışını, Alyaska Boru Kəmərində birgə müəssisələrimizi və Cənubi Koreyaya verdiyimiz kütləvi hərbi müdafiəyə görə ödənişi müzakirə etdik”, – Tramp bildirib.
Tramp qeyd edib ki, Cənubi Koreya ilk prezidentlik dövründə hərbi ödənişlər etməyə başlayıb, lakin keçmiş prezident Co Bayden müqaviləni ləğv edib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki