image-flag_of_the_syrian_revolution-svgbackend

Suriya və Qətər imzaladı!

Suriya Mülki Aviasiya İdarəsi ilə Qətər Mülki Aviasiya İdarəsi arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.
Elchi.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Mülki Aviasiya İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Qətər Mülki Aviasiya İdarəsinin rəsmi dəvəti ilə keçirilən danışıqlar nəticəsində tərəflər mülki aviasiya sektorunda əməkdaşlığı gücləndirmək qərarına gəliblər.
Mənbənin bildirdiyinə görə, anlaşma memorandumu mülki aviasiya xidmətləri, o cümlədən aeronaviqasiya xidmətləri və infrastruktur sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də təlim və inkişaf sahələrində birgə işlərin həyata keçirilməsini əhatə edən əsas maddələrdən ibarətdir.
Suriya nümayəndə heyəti Qatar Airways əməliyyatlarının idarə edilməsi mərkəzinə baş çəkib və Suriya Hava Yolları ilə Qatar Airways arasında mümkün əməkdaşlığı müzakirə edib.
Qətər tərəfi Suriya mülki aviasiya personalı və Suriya Hava Yollarının əməkdaşlarını Qətərdə öyrətməyə hazır olduğunu bildirib.
Qatar Airways 2024-cü ilin dekabrında Əsəd rejiminin süqutundan sonra yanvarın 7-də yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanına kommersiya uçuşları həyata keçirən ilk beynəlxalq aviaşirkət oldu.
27 noyabr 2024-cü ildə Hələbin qərb çölündə Bəşər Əsəd rejimi qüvvələri ilə toqquşan müxaliflər dekabrın 8-də paytaxt Dəməşqə nəzarəti ələ keçirib və ölkədəki 61 illik Baas rejimi devrilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki