Bu gün səhər saat 5-də Ukraynanın Rusiya və Belarusla dövlət sərhədi Belarusun dəstəklədiyi rus qoşunları tərəfindən hücuma məruz qalıb. Hücumda Belarus ordusu da iştirak edir.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
“Sərhəd birləşmələrinə, sərhəd dəstələrinə və buraxılış məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir. Bu qonşu Belarusun Ukraynaya təcavüzüdür”, – məlumatda qeyd olunub.