Ermənistanın baş naziri Nikol Paşinyan Sünikə qubernator tapa bilmir. Alp.az xəbər verir ki, bu iddia ilə “Hraparak”nəşri çıxış edib.
Nəşrin iddiasına görə Nikol Paşinyan ciddi kadr catışmazlığı ilə üz-üzədir. ” Sünik(Zəngəzur) qubernatoru Melikset Poqosyana münasib əvəz tapmırlar və onun işdən çıxarılmasının yubanmasının səbəbi də budur. Yerli seçkilərdə uğursuzluğa düçar olmuş qubernatorların istefaya göndərilməsi nəzərdə tutulsa da, Melikset Poqosyan hələ də vəzifədədir. Bunu Paşinyan hökumətinin nümüyəndələri də etiraf edir” -nəşr qeyd edib.