image-tanker-kazasi-2340644backend

Şimal dənizində neft tankeri və yük gəmisi toqquşub

Şərqi Yorkşir sahillərində yük gəmisi və neft tankerində yanğın baş verib, Kral Milli Xilasetmə Qayıqları İnstitutu (RLNI) bildirib.
Elchi.az xəbər verir ki, açıqlamada qəza yerinə 4 xilasedici qayığın göndərildiyi və bir neçə nəfərin gəmiləri tərk etdiyi barədə məlumatların olduğu bildirilib.
Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəza xəbərdarlığı ilə “təcili” reaksiyanın koordinasiya edildiyi bildirilib.
Açıqlamada bildirilib ki, yerli vaxtla saat 09.48-də qəza ilə bağlı ilk həyəcan siqnalı verildikdən sonra xilasedici qayıqlar, yanğınsöndürmə qrupları və bir xilasetmə helikopteri əraziyə göndərilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki