“Rusiya Qarabağda gərginliyin dialoq yolu ilə aradan qaldırılması üçün hər şeyi edib və edəcək”. Alp.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Səfir son günlər Qarabağda baş verən hadisələrin antiterror əməliyyatlarına səbəb olub-olmayacağı sualana cavab olaraq deyib: “Hesab edirəm ki, artıq başlanmış nizamlanma proseslərinin davam etdirilməsi üçün bütün imkanlar var. Rusiya prosesə töhfə verib və bu nizamlanmaya kömək edəcək”.
O qeyd edib ki, Rusiya səfirliyi saytlarda yayılmış xəbərləri izləyir və baş verənlərin əhəmiyyətini anlayır. “Amma bu və ya digər şəkildə ciddi eskalasiyanın qarşısını almaq və Rusiya tərəfinin iştirakı ilə başlayan nizamlanma proseslərini həyata keçirmək üçün hələ də bütün ilkin şərtlər var”.jamaz