Qarabağ savaşında atalarının yolunu davam etdirən neçə-neçə oğullarımız oldu. Onlardan biri də 44 günlük Vətən müharibəsində şəhid olan Fərman Yaqublu idi. Fərman atası Telman Yaqublunun qəhrəmanlıq dastanını təkrarladı. Oğul Fərman Yaqublu Kəlbəcərdə, atası Telman Yaqublu isə Füzuli uğrunda gedən döyüşlərdə şəhid oldu.
Şəhidlərimizin ruhuna ehtiram göstərən Qarabağ qazisi Radə xanım Abbasın və təşkilatçı Firəngiz xanım Əkbərlinin layihəsi əsasında hər iki şəhidimizin qəhrəmanlığından bəhs edən “Vətən yolu” filmi ərsəyə gəlib. Filmin təqdimatı 16 May 2022-ci il tarixində saat 12-00 – da Beyləqan Rayon Mədəniyyət evində keçiriləcək.