image-829041backend

Sahilə çıxan qayığın dəhşətli görüntüsü: 19 cəsəd tapılıb

Karib dənizində, Sent Kitts və Nevis Sahil Mühafizəsi qrupları ölkə sahillərində sürüklənən bir qayıqda 19 cəsəd tapıblar. Bu kəşf beş gün əvvəl Trinidad və Tobaqo yaxınlığında bir qayıqda beş nəfərin cəsədinin tapılmasından sonra baş verib.
Elchi.az xəbər verir ki, səlahiyyətlilər yanvarın 29-da ölkənin cənub sahillərində qismən su altında qalmış qayığın tapıldığını bildiriblər, CBS News xəbər verir.
Səlahiyyətlilər qayıqda ən azı 19 cəsədin tapıldığını və hadisənin araşdırıldığını qeyd edib.
Polis rəisi Ceyms Sutton, “Bu, Karib dənizində çox rast gəlinməyən bir balıqçı qayığı idi, amma bunun Afrikanın qərb sahilindən gəldiyinə inanırıq” deyib.
Səlahiyyətlilər qurbanların sayını və şəxsiyyətini müəyyən etməyə çalışır, lakin cəsədlərin geniş şəkildə parçalanması onların işini çətinləşdirir, Sutton deyib.
Oxşar hadisə ötən şənbə günü Trinidad və Tobaqo sahillərində bir qayıqda beş cəsədin tapılması zamanı baş verib. Səlahiyyətlilər pis vəziyyətdə olan bu qayığın adanın sahillərinə çəkilmək istəyərkən batdığını açıqlamışdı.
Trinidad Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada tapılan son qayığın 2021-ci ildə eyni bölgədə təsbit edilən və içərisində 15 nəfərin cansız cəsədi olan qayığa bənzədiyi vurğulanıb.
O zamankı hesablamalara görə, sözügedən qayıq Afrika sahillərindən yola düşən immiqrantları daşıya bilərdi.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki