image-quterreshbackend

Rusiyanın uğursuzluğu: Quterreş Moskvadan imtina etdi

BMT baş katibinin mayın 9-da Moskvaya gəlməkdən imtina etməsi Rusiya diplomatiyasının ciddi uğursuzluğudur.

Elchi.az xəbər verir ki, bu barədə Rusiyanın “Yoj” Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.

“Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi bir ilə yaxındır ki, 9 May paradının yüksək rütbəli qonaqlarının siyahısı üzərində işləyir. Dəvət olunanlar siyahısında Antonio Quterreş də var idi”, – məlumatda qeyd olunub.

Bildirilib ki, Quterreşin mayın 9-da Moskvaya səfər etməyəcəyi barədə Kreml də məlumat verib:

“Amma Rusiya Xarici İşlər Nazirliyində ümid edirlər ki, Quterreş qərarını dəyişəcək”.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş sonuncu dəfə 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammitinə qatılmışdı.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki