image-999backend

Rusiya Qarabağ savaşında necə uduzdu? – Rusiyalı analtikdən SENSASİON AÇIQLAMA

“Noyabrın 9-dan 10-na keçən gecə ikinci Qarabağ müharibəsi erməni tərəfinin ağır – sarsıdıcı olmasa da – məğlubiyyəti ilə başa çatdı. Bağlanmış müqavilə əslində Şuşanın itirilməsindən sonra qaçılmaz olan erməni təslimçiliyi idi.”- Alp.az xəbər verir ki, bunu Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktor müavini Konstantin Makienko “Vedomosti” qəzetində yazdığı yazıda qeyd edib.

“Əgər hərbi əməliyyatlar davam etsəydi, İrəvanın vəziyyəti getdikcə pisləşəcək, son təslim şərtləri isə getdikcə daha fəlakətli və alçaldıcı olacaqdı.”- analtik qeyd edib.

” İlham Əliyev mükəmməl siyasətçidir. 44 günlük zəfərin memarı olan Əliyev öz sərkərdəlik və mükəmməl siyasətçi olduğunu ortaya qoydu. Vladimir Putin öz çıxışlarında da qeyd etdiyi kimi, İlham Əliyev reallıqları anlayan və söz sahibi olan bir siyasətçi olduğunu ortaya qoydu”- deyə Konstantin Makienko qeyd edib.

“İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələri təkcə Ermənistan üçün deyil, Rusiya üçün də fəlakətlidir. Aldadıcı xarici siyasət triumfunun nazik pərdəsi arxasında – uğurlu vasitəçilik və sülhməramlıların regiona gətirilməsi – çox tezliklə sərt reallıq üzə çıxacaq. Reallıq odur ki, Qafqazda Türkiyənin nüfuzu indi Rusiyadan daha çoxdur. Sözsüz burada İlham Əliyev amili də var. Qarabağdakı qələbə, Ukraynanı da hərəkətə gətirdi. Bu isə Rusiyanın məğlubiyyətidir. 44 günlük savaşda Rusiya silahları ciddi şəkildə məğlub oldu. Rus silahları PUA-lar qarşısında aciz idi” – Konstantin Makienko qeyd edib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki