image-upload-rian_5712055-hr-pic_32ratio_900x600-900x600-14859backend

Rusiya Oreşnikin atışını ABŞ-a xəbərdarlıq siqnalı adlandırıb

Ryabkov: Rusiya ABŞ-a şifahi və maddi xəbərdarlıq siqnalları göndərir.
Elchi.az xəbər verir ki, Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva müntəzəm olaraq ABŞ-a həm şifahi, həm də “maddi xəbərdarlıq siqnalları” göndərir. Belə ki, o, RİA Novosti ilə söhbətində ATACMS raketləri ilə hücumların coğrafiyasının genişləndirilməsini şərh edib.
O, bütün “xəbərdarlıq” siqnallarının Vaşinqtona mütəmadi olaraq göndərildiyini vurğulayıb. Onlardan biri ən yeni orta mənzilli “Oreşnik” raket sisteminin sınağı olub”, Ryabkov qeyd edib.
Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiyanın “Yujmaş” hərbi zavodunu ən son “Oreşnik” orta mənzilli raket kompleksindən istifadə edərək vurduğunu bəyan edib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə vasitələri belə hücumlardan xilas etmir, ona görə də gələcəkdə Ukrayna əhalisinə təxliyə imkanlarını təmin etmək üçün əvvəlcədən xəbərdarlıq ediləcək. Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Rusiya Federasiyası bu cür raketlərin istifadəsi barədə məlumat verməyə borclu deyil, lakin 30 dəqiqə ərzində ABŞ-a avtomatik mesaj göndərilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki