image-31backend

Rubio: “ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir”

ABŞ prezidenti Donald Tramp administrasiyası Hindistanla iqtisadi əlaqələri inkişaf etdirəcək.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Hindistanın xarici işlər naziri Subramanyam Caişankarla görüşündə bildirib.

“ABŞ dövlət katibi Marko Rubio bu gün Vaşinqtonda Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ilə görüşüb”, – Dövlət Departamentinin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

“Katib Rubio Tramp administrasiyasının iqtisadi əlaqələri inkişaf etdirmək və qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll etmək üçün Hindistanla işləmək istəyini vurğuladı”, – sənəddə deyilir.

Qeyd edildiyi kimi, tərəflər Birləşmiş Ştatlar və Hindistan arasında tərəfdaşlığın daha da gücləndirilməsinə dair birgə öhdəliklərini təsdiqləyiblər.

“Onlar regional məsələlər və ABŞ və Hindistan arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları da daxil olmaqla geniş mövzuları, xüsusən yeni texnologiyalar, müdafiə sahəsində əməkdaşlıq, enerji və azad və açıq Hind-Sakit okean regionunun təşviqi sahələrində müzakirə ediblər. ”, – deyə məlumatda bildirilir.

Yeganə

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki