Hücumçu Ronaldo “Əl-Nasr”la müqaviləsini uzatmağa razılaşıb.
Elchi.az xəbər verir ki, “Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini uzatmağa razılaşıb. Bu barədə “Arriyadiyah” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, müqavilənin müddəti 2026-cı ilə qədər olacaq və müqavilənin şərtləri olduğu kimi qalacaq. Hazırkı müqaviləyə əsasən, Ronaldo ildə 200 milyon avro alır.
Futbolçunun komanda ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonuna kimidir. Media daha əvvəl tərəflərin əmək müqaviləsinin uzadılması ilə bağlı razılığa gəldiyini yazmışdı. Yeni müqavilənin şərtlərinə görə, Ronaldo klubun 5%-lik səhminin sahibi olacaq.
Ronaldo karyerasının böyük hissəsini 2009-2018-ci illərdə Real Madriddə keçirib. Komanda ilə birlikdə iki dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunun qalibi olub, həmçinin dörd dəfə Çempionlar Liqasının qalibi olub.
2023-cü ilin yanvarında Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçdü və “Əl-Nassr” komandasının hücumçusu oldu. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşaması qadağan olunsa da, əfsanəvi futbolçuya yer verilib və övladlarının anası Corcina Rodrigeslə birgə yaşamağa icazə verilib.
Şayəstə Hüseynova