ABŞ-ın qeyri-kommersiya təşkilatı Bulletin of Atomic Scientists tərəfindən təyin olunan Qiyamət Saatı 89 saniyəyə köçürülüb. Bu, saat 1947-ci ildə yaradılandan bəri qeydə alınan ən təhlükəli səviyyə hesab olunur.
Elchi.az xəbər verir ki, qiyamət Saatı qlobal təhlükələrin miqyasını simvolik olaraq göstərmək üçün Manhetten Layihəsinin alimləri tərəfindən yaradılmışdır.
Başlanğıcda gecə yarısından 7 dəqiqə əvvəl təyin edilən vaxt, 1949-cu ildə nüvə müharibəsi riski artdıqca 3 dəqiqəyə, 1991-ci ildə Soyuq Müharibənin bitməsi ilə isə 17 dəqiqəyə endirildi. Lakin son illərdə artan qlobal böhranlar səbəbindən saat yenidən irəli çəkilib.
2024 dönüş nöqtəsi oldu
Bulletin of Atomic Scientists, keçən ilin qlobal böhranların dərinləşdiyi bir dövr olduğuna diqqət çəkərək, 2024-cü ildə baş verən hadisələrin saatı yenidən irəliyə çevirməkdə təsirli olduğunu ifadə etdi. 2024-cü il qlobal temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə ilk dəfə olaraq 1,5°C-i keçdiyi və ən isti il kimi qeydə alındığı il oldu. Bundan əlavə, Ukraynada müharibənin üçüncü ilinə qədəm qoyması ilə Yaxın Şərqdə münaqişələr kəskinləşdi və nüvə silahına malik ölkələr öz arsenallarını genişləndirməyə davam etdilər.
Digər tərəfdən, bütün dünyada yayılmağa başlayan yüksək yoluxucu quş qripi virusu (HPAI) kənd təsərrüfatı heyvanlarını, süd məhsulları və insanları yoluxduraraq yeni qlobal epidemiya riskini gündəmə gətirib.
Dezinformasiya və süni intellekt təhlükələri artırır
Alimlər vurğulayırlar ki, bu təhdidlərlə yanaşı, dezinformasiyanın yayılması və süni intellektin təsiri də qlobal riskləri artırır. Bildirilir ki, süni intellekt tərəfindən dəstəklənən dezinformasiya elmi faktlara və insan haqlarına məhəl qoymayan liderləri həvəsləndirir. Hesabatda vurğulanan ən mühüm məqamlar arasında ABŞ, Çin və Rusiyanın öz nüvə gücləri ilə dünyanı məhv etmək gücünə malik olması və bu üç ölkənin təhdidlərin azaldılmasında məsuliyyət daşımasıdır.
Alimlərdən xəbərdarlıq: Hələ vaxt var
Bəzi ekspertlər Qiyamət Saatının siyasi alət olduğunu və simvolik olaraq təyin olunmuş vaxtın ixtiyari olduğunu iddia etsələr də, Bülleten Atom Alimləri bu xəbərdarlığın qorxu üçün deyil, hərəkət üçün olduğunu bildirir. Kolumbiyanın keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Xuan Manuel Santos panelin mətbuat konfransında deyib: “Düzgün qərarlar vermək və Qiyamət Saatının əqrəbini geri çevirmək üçün hələ vaxt var. “Kolumbiyada belə bir deyim var: “Hər saniyə önəmlidir. Ona görə də gəlin hər saniyədən ağıllı istifadə edək”.
Yeganə