İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 78 nəfər artaraq 43 min 469-a çatıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada etdiyi açıqlamada İsrailin Qəzza zolağına 398 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 48 saatda həyata keçirdiyi “6 qırğın”da 78 nəfərin həyatını itirdiyi, 214 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 469-a, yaralıların sayı isə 102 min 561-ə yüksəlib
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Nuranə Məmmədova