image-gazze-aa-2252498-1backend

Qəzzada ölənlərin sayı 42 min 344-ə yüksəlib

Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 42 min 344 mülki vətəndaşın həyatını itirdiyini, 99 min 13 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 375 gündür hücumları ilə bağlı məlumat verilib . İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 42 min 344-ə, yaralıların sayının isə 99 min 13-ə yüksəldiyi qeyd edilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 55 nəfərin öldüyü, 329 nəfərin yaralandığı qeyd edilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki