Son vaxtlar Qəzza zolağında ən azı 15 uşaq soyuqdan və onun yaratdığı fəsadlardan ölüb.
Elchi.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
O qeyd edib ki, müvəqqəti sığınacaq və yanacağın olmaması bölgədə soyuqla birlikdə qışı yüzlərlə fələstinli ailə üçün ölümcül təhlükəyə çevirib.
Telekanalın məlumatına görə, Qəzzada yorğan-döşək və evlərin qızdırılması üçün ilkin tələbat mallarına təcili tələbat var və bölgəyə humanitar yardım və yanacaq tədarükü hələ də İsrail hakimiyyəti tərəfindən məhdudlaşdırılıb.
Yeganə