Reuters: Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konsensusa nail olmaq aylar çəkə bilər.
Elchi.az xəbər verir ki, Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı ümumi konsensusa gəlmək aylar çəkə bilər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 32 NATO üzvü arasında Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı qərar qəbul etmək üçün lazımi konsensusdan əsər-əlamət yoxdur.
Nəşr NATO-nun yüksək rütbəli diplomatlarından birinin sözlərini sitat gətirir: “Konsensusa nail olmaq üçün həftələr və aylar lazım olacaq… Mən bunun sabah olacağını düşünmürəm, çox təəccüblənərdim”.
Reuters-in məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmisi deyib ki, xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşü Ukraynanın gələn il “potensial danışıqlara girmək” üçün mümkün olan ən güclü mövqedə olmasını təmin etmək üçün ona dəstəyin genişləndirilməsinə yönəldiləcək.
Əvvəllər bildirilirdi ki, Qərbdə rəsmilər il yarımdır ki, Rusiyanın nəzarətində olan ərazilərdən imtina etmək müqabilində Ukraynaya təhlükəsizlik təklif ediləcəyi saziş üzərində işləyirlər.
Şayəstə Hüseynova