image-6666backend

Putin Ukraynadakı müharibə ilə bağlı FƏRMAN İMZALADI 

“Hər bir rus əsgər və zabitinin ölümü hər kəs üçün kədərdir, dövlət xüsusi hərbi əməliyyat zamanı həlak olan rus hərbçilərinin övladlarına xüsusi dəstək verəcək.”

Alp.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qırmızı Meydandakı Qələbə Paradında çıxışında deyib.

Putin Ukraynadakı müharibədə ölən hərbçilərin övladlarına kömək məqsədilə fərman imzalayıb.

Fərmana əsasən, Ukraynadakı müharibədə iştirak edən hərbi qulluqçuların uşaqları üçün Rusiya Federasiyasının ali məktəblərində qəbul kvotası olacaq.

Fərmanda qeyd olunur ki, kvota “hər bir ixtisas və ya təhsil sahəsi üzrə federal büdcədən ayrılan vəsaitlər hesabına ümumi qəbul hədəfinin 10 faizini” təşkil edəcək.

Ukraynada gedən müharibədə ölən hərbçilərin övladları Rusiya Federasiyasının ali məktəblərinə kvota çərçivəsində qəbul imtahanları vermədən daxil ola biləcəklər.

Rusiya Federasiyası hökumətinə fərmandan irəli gələn vəzifələri həll etmək tapşırılıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki