image-kapak_004405backend

Prezident insanları küçələrə çağırdı

Gürcüstan prezidenti Salome Zurabişvili dünən keçirilən parlament seçkilərinə “Rusiya əməliyyatı” ilə müdaxilə edildiyini iddia edərək seçkinin nəticələrini qəbul etməyəcəklərini bəyan edib. Zurabişvili müxalifət partiyalarını və seçkinin nəticələrini tanımayan ictimaiyyəti sabah parlament binası qarşısına toplaşmağa dəvət edib.
Elchi.az xəbər verir ki, Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyası qalib gəlib. 54 faiz səslə 91 mandat qazanan partiya təkbaşına hakimiyyəti davam etdirəcək. Lakin müxalifət seçkinin nəticələrini tanımır. Seçkilərin saxtalaşdırılması ilə bağlı ciddi iddialar var.
Gürcüstan prezidenti Salome Zurabişvili paytaxt Tbilisidəki Prezident sarayında jurnalistlərə açıqlama verib.
5 faizlik baryeri keçən müxalifətin “Gürcüstanı Xilas edən Birlik”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” seçki bloklarının liderlərinin dəstəklədiyi Zurabişvili ötən gün ölkəsində keçirilən parlament seçkilərini dəyərləndirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki