image-img_6478backend

“Pragma” ovçuluq təsərrüfatlarına ictimai nəzarət edəcək – LAYİHƏ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət” adlı sosial-ekoloji layihəyə start verilib.

Layihənin əsas məqsədi Azərbaycanda mövcud olan ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarəti gücləndirməklə biomüxtəlifliyin qorunmasına, bu sahədə xidmət sektorunun və ekoloji turizmin inkişafına yardım göstərməkdir.

Bu məqsədə çatmaq üçün layihənin aşağıdakı vəzifələri icra edəcək:

Ovçuluq təsərrüfatlarının fəaliyyəti barədə cəmiyyətin informasiyalaşdırılması;
ETSN və ETSN yanında İctimai Şura ilə əməkdaşlıq çərçivəsində ovçuluq təsərrüfatları və vətəndaş cəmiyyəti təşkilatları arasında kommunikasiya və tərəfdaşlıq münasibətlərin qurulması;
Ovçuların hüquqi yardım göstərilməsi və sosial məsuliyyətinin gücləndirilməsi;
Ov obyektlərindən rasional və səmərəli istifadə olunmasının təşviqi;
Ovçuluq təsərrüfatlarının fəaliyyətində şəffaflığın təmin edilməsi üçün vətəndaş cəmiyyəti təşəbbüslərinin stimullaşdırılması və ictimai nəzarət mexanizmlərinin tətbiqi.
Layihə 5 ay müddətində davam edəcək və 31 oktyabr 2024-cü ildə başa çatacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki