image-detayist-460backend

Polşada ticarət mərkəzində bıçaqlı hücum: Xəsarət alanlar var

Polşanın Olkusz şəhərindəki ticarət mərkəzində bıçaqlı hücum olub. Hücum nəticəsində 4 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Polşanın cənubundakı Olkusz şəhərindəki Omni Ticarət Mərkəzində bıçaqlı hücum olub.
Hücum edən şəxs ticarət mərkəzindəki supermarketdə əlində bıçaqla ətrafdakı insanlara təsadüfən hücum edib. Müştərilər təşviş içində sağa-sola qaçarkən, hücumda 4 nəfər yaralanıb. Hücum edən şəxs ticarət mərkəzinin mühafizəsi tərəfindən zərərsizləşdirilib. Polşa vətəndaşı olduğu bildirilən təcavüzkar polis qruplarına təhvil verilərkən, 4 yaralı ilk yardım qrupları tərəfindən xəstəxanaya aparılıb. 23 yaşlı hücumçunun polis tərəfindən dindirilməsinin davam etdiyi açıqlanıb, lakin hadisənin səbəbi hələlik məlum deyil.
Olkusz polisi ötən gün şəhərdə 60 yaşlı kişini bıçaqlayaraq yoxa çıxan şəxsin eyni şəxs olub-olmadığını araşdırır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki