image-polonyabackend

Polşa: Ukraynaya qoşun yeritmək planı yoxdur

Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik ölkəsinin Ukraynaya qoşun yeritmək fikrində olmadığını bildirib.
Elchi.az xəbər verir ki, Polşa mərkəzli TOK FM-ə danışan Sezari Rusiya -Ukrayna müharibəsini dəyərləndirib.
Polşanın Ukraynaya qoşun göndərmək planının olmadığını deyən Tomczyk, ölkəsinin “logistika və təlim” dəstəyi kimi məsələlərdə iştirak etmək istəyəcəyini bildirib.
Ukraynaya hərbi yardımın 95 faizinin “Polşadan keçdiyini” vurğulayan Tomçik ABŞ-ın Polşanın möhkəm müttəfiqi olduğunu bildirib.
ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq dünən paytaxt Varşavada Polşa prezidenti Anjey Duda ilə görüşüb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki