ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatları dünya nizamının hüquqi prinsiplərini sual altına qoyur.
Elchi.az xəbər verir ki, bunu Polşa Senatının vitse-spikeri Mixal Kaminski TOK FM radiostansiyasının efirində deyib.
Trampın Kanada, Qrenlandiya və Panama kanalına qarşı ərazi iddiaları ictimaiyyəti həyəcanlandırıb. Polşa Senatı Amerika liderinə xatırladıb ki, mövcud dövlətlərin sərhədləri hərbi güclə deyil, qanun qaydaları ilə müəyyən edilir.
“Donald Tramp dövlət sərhədlərinin yerinin onların nə qədər güclü olması ilə deyil, müəyyən nizam və ədalətlə müəyyən olunduğu dünya nizamını şübhə altına almağa başlayır”, – Kaminski bildirib. Bundan əvvəl Tramp Truth sosial şəbəkəsindəki səhifəsində Kanadanın ABŞ-a 51-ci ştat kimi daxil edildiyi xəritəni dərc edib.
Yeganə