ABŞ prezidenti Donald Trampın federal qrantların dondurulması və maliyyə yardımının dayandırılması ilə bağlı sərəncamları Amerika paytaxtında və yerli hakimiyyət orqanları arasında xaosa səbəb olub.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.
Orada qeyd edilir ki, Amerika lideri hökuməti öz formatına uyğun olaraq yenidən qurmağa çalışır.
“Xaos və çaşqınlığın miqyası Trampın administrasiyasının ilk günlərində cəld və qətiyyətli hərəkət etmək istəyinin təsirini daha bir xatırladır”, – Bloomberg bildirib.
Bundan əvvəl, yanvarın 29-da ABŞ məhkəməsi, məhkəmə sənədinə əsasən, Ağ Evin milyardlarla dollarlıq federal qrant və kreditləri dondurmaq qərarını fevralın 3-dək dayandırmaq qərarına gəlib.
ABŞ-ın yeni prezidentinin administrasiyası federal qrantları, kreditləri və digər dəstək proqramlarını sonradan nəzərdən keçirmək üçün dayandırıb. Demokratlar bu addıma qarşı çıxdılar və bunun milyonlarla amerikalıya kömək etmək üçün milyardlarla dövlət qrantı ilə təhdid edəcəyini söylədilər.
Yeganə