image-18backend

Poliklinikalarda onlayn sistem çöküb? – TƏBİB

Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.

Elchi.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə poliklinikalarda onlayn növbə sisteminin çökdüyü bildirilib. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki