image-download-2025-04-24t160045-086backend

Pakistan Hindistanın hava məkanını bağlayır

Aprelin 22-də Yeni Dehlinin birləşdiyi Cammu və Kəşmirdə törədilən terror aktından sonra artan gərginlik fonunda Pakistan Hindistanın hava məkanını bağlayıb.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasına istinadən Reuters agentliyi məlumat yayıb.
Bundan əlavə, İslamabadın Hindistanın müdafiə, donanma və aviasiya üzrə müşavirlərini də personae non -grata elan etdiyi bildirilir. Öz növbəsində Hindistan Xarici İşlər Nazirliyi pakistanlılara viza verilməsini dayandırıb və Cənubi Asiya dövlətinin vətəndaşlarına əvvəllər verilmiş vizaları ləğv edir.
Hindistanın şimalında baş verən terror aktı 26 nəfərin ölümü ilə son illərin ən böyük terror aktı olub. Onların əksəriyyəti turistlər idi. Xalqı qətlə yetirən terrorçuların onlardan dinlərini soruşduqları da aydınlaşdırılıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki