Bir neçə gündür ki, erməni mediası orduda ciddi qarşıdurma olduğunu yazırdı. Ardınca baş verən təxribatlar, erməni müdafiə naziri arşak Karapetyanın Qarabağa səfəri vəziyyəti dəyişdirdi. Bir qədər sonra Karapetyan cəzalandırıldı və Suren Papikyan nazir postuna gətrildi. Erməni ordusunda ciddi qalmaqal da məhz bundan sonra düşdü. Mətbuat yazır ki, Artak Davdyanla yeni nazir arasında ciddi üçurum var. Erməni mediasında gedən yazılardan bəlli olur ki, ordudadakı zabitlər onu yəni Suren Papikyanı “mavi nazir” adlandırır. Hətta erməni sosial şəbəkə istifadəçiləri iddia edir ki, general Onek Kasparyan Suren Papikyanı “özünü qoruya bilməyəni ölkəyə müdafiə naziri təyin edirlər” ifadəsini işlədib. Suren Papikyan isə nazir olandan sonra özünü təsdiq etməliydi. Amma necə?
1. Erməni nazir Laçın dəhlizini genişləndirmək haqqında ideya irəli sürür və orduya hücum əmri verir
2. Azərbaycan ermənilərin planını əvvəlcədən təxmin edir və adekvat tədbirlər görür
3. Papkiyanın iki gündür mətbuata çıxmaması onun aldığı zərbədən sarsılmazsıdır.
4.İlk döyüşdə məğlub duruma düşən Papikyanın Baş Qərargah rəisi Artak Davdyandan qisas alacağı şübhəsizdir.5. Erməni generallar “mavi nazir” adlandırdıqları Papikyandan qurtulmaq üçün ona qarşı bunt edirlər.
6. Erməni ordusu hələ də 44 günlük zərbənin təsirindən ayılmayıb
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndən bəri artıq 4-cü müdafiə nazirini təyin etdi. Onlardan 3-ü kapitulyasiya aktından sonra təyin edilib.
Sonuncu müdafiə naziri Arşak Karapetyan son həftələr yalnız təxribatçı addımlar atmaqla məşğul olub. Azərbaycan ərazilərinə qanunsuz səfər edib, Qaragöl ətrafında təxribatlar törədilib, mövqelərimizin atəşə tutulması intensivləşib və s.
Erməni mediası iddia edir ki, Arşak Karapetyan Rusiyanın qulu idi. Rusiyapərəst generalın vəziFədən çıxarılması 5-ci kalonu hərəkətə gətirib.
Görünən isə odur ki. erməni ordusu çətin vəziyyətlə qarşı-qarşıyadır.
Qoşqar Salmanlı