image-233c2568-5d12-348c-b518-f7e7acb6fd4c_850backend

Özbəkistanda parlament seçkilərində erkən səsvermənin vaxtı məlum olub

Özbəkistanda parlament seçkilərində erkən səsvermə oktyabrın 16-23-də keçiriləcək.

Elchi.az  Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.

“MSK-nın növbəti iclasında seçki günü yaşayış yeri üzrə ola bilməyən seçicilər üçün 2024-cü il oktyabrın 16-23-də erkən səsvermənin təşkili ilə bağlı qərar qəbul edilib”, – məlumatda bildirilib.

Seçki məntəqələrində erkən səsvermə iş günləri saat 9.00-dan 18.00-dək, həftə sonları isə saat 11.00-dan 17.00-dək keçiriləcək.

Özbəkistanda parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçki kampaniyasına iyulun 26-da start verilib, sentyabrın 22-dən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası keçirilir.

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki