Yaponiyanın avtomobil istehsalçısı olan “Nissan Motor Co” şirkəti işçilərini ixtisar etməklə, lakin zavodun bağlanmasından qaçaraq öz çöküşünün qarşısını almağa ümid edir.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, dünyada doqquz min iş yerinin ixtisar edilməsi ilə bağlı əvvəllər elan edilmiş planlar hazırda həyata keçirilir. Yapon avtomobil nəhəngi kütləvi ixtisarlarla xərcləri azaltmağı planlaşdırır.
Nəşr xatırladıb ki, Nissan-ın sonuncu böhranı 2024-cü ilin noyabrında baş verib, o zaman şirkət ilin birinci yarısında xalis mənfəətinin 94 faiz azaldığını bildirib. Avtomobil istehsalçısı sənayedəki rəqibləri ilə ayaqlaşmaq üçün əlindən gələni etdi, lakin özünü cəlbedici modellərdən məhrum etdi və ABŞ bazarında hibridlər və Çindəki elektrik avtomobilləri ilə tam rəqabət apara bilmədi.
Ötən il dekabrın sonunda bildirildi ki, Honda və Nissan avtomobil istehsalçıları birləşmə sövdələşməsini 2025-ci ilin iyununa qədər başa çatdırmaq niyyətindədirlər. Gözlənilir ki, əməliyyat bu vaxta qədər baş verərsə, o zaman 2026-cı ilin avqustuna qədər yeni holdinqin səhmləri birjada görünəcək.
Nuranə Məmmədova