image-fa7be46f36c64543b82f389ccef92d66backend

Nigeriya Çinlə 328,8 milyon dollarlıq enerji müqaviləsi imzalayıb

Nigeriya hökuməti elektrik enerjisinin ötürülməsi infrastrukturunu gücləndirmək üçün Çinlə 328,8 milyon dollarlıq enerji müqaviləsi imzalayıb.
Elchi.az xəbər verir ki, Nigeriyanın energetika naziri Adebayo Adelabu paytaxt Abucada Çin şirkətinin nümayəndəsi Li Xiaoyu ilə 328,8 milyon dollarlıq enerji müqaviləsi imzalayıb.
Nazir Adelabu, imzalanma mərasimində verdiyi açıqlamada, müqavilənin Prezidentin Enerji Təşəbbüsü çərçivəsində “330kV və 132kV” elektrik ötürücü xətlərinin mühəndislik, satınalma, tikinti və maliyyələşdirmə proseslərini əhatə etdiyini söyləyib.
Müqavilə ilə ölkə daxilində cəmi 544 kilometrlik elektrik ötürücü xətlərin yenilənərək genişləndiriləcəyini qeyd edən Adelabu, bu xətlərin 7 min 140 meqavatlıq yükdaşıma qabiliyyətinə malik olacağını bildirib.
Adelabu, bu investisiyaların istehsaldan paylamaya qədər enerji zəncirindəki darboğazları azaldacağını və evlərə, iş yerlərinə və sənayeyə fasiləsiz enerji təchizatına töhfə verəcəyini bildirib.
Adelabu, sazişin prezident Bola Əhməd Tinubu tərəfindən başçılıq etdiyi hökumətin insanlara etibarlı və dayanıqlı elektrik enerjisi təmin etmək öhdəliyinin nümayişi olduğunu vurğulayaraq, layihənin həm mövcud, həm də yeni yerlərdə həyata keçiriləcəyini bildirib.
Nigeriyada elektrik enerjisi ilə bağlı problemlər ölkədəki iqtisadi fəaliyyətlərə mənfi təsir göstərir və müxtəlif sektorlarda kritik xidmətlərin dayandırılmasına səbəb olur.
Nigeriya Elektrik Ötürücü Şirkətinin (TCN) eksperti Stiven Oqaji, davam edən elektrik kəsintilərinin ölkə iqtisadiyyatına vurduğu ziyanın hər il 28 milyard dollar olduğunu bildirdi.
Ölkənin bir çox bölgələrində elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən əhalinin böyük hissəsi enerji ehtiyacını generatorlar vasitəsilə ödəmək məcburiyyətində qalır.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki