Hakimlər İsrailin baş naziri Benyamin Netanyahunun vəkillərinin fevralın 3, 4 və 5-də kabinet rəhbərinin iştirakı ilə keçiriləcək iclasları ləğv etmək və ABŞ-a gözlənilən səfərlə əlaqədar bir həftəlik təxirə salmaq tələbini təmin ediblər. ABŞ-da o, ölkə prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə İsrailin Kan Dövlət Teleradio Şirkəti məlumat yayıb.
Yanvarın 27-də, demək olar ki, bir aylıq fasilədən sonra, Təl-Əviv Rayon Məhkəməsi Netanyahunun ittiham olunduğu rüşvətxorluq, dələduzluq və ictimai etimadın pozulması ilə bağlı üç iş üzrə dinləmələri davam etdirib. Eyni zamanda, yanvarın 28-də və 29-da keçiriləcək iclaslar hakimlərdən birinin xəstəliyi səbəbindən ləğv edilib, – Kan qeyd edib.
Bir neçə həftə əvvəl fasilə Netanyahunun səhhətinin vəziyyəti ilə əlaqədar idi. 2024 dekabrın 29-da Baş Nazirlik Aparatı hökumət başçısının prostat vəzinin xoşxassəli hiperplaziyası diaqnozu qoyulduqdan sonra ona təyin olunmuş uğurlu prostat əməliyyatı keçirdiyini açıqlayıb.
Daha əvvəl Kan Netanyahunun fevralın 2-də Vaşinqtona gedəcəyini, fevralın 4-də Trampla görüşəcəyini bildirmişdi. Onun sözlərinə görə, baş nazir fevralın 6-da yəhudi dövlətinə qayıtmağı planlaşdırır.
İsrail baş nazirinin ofisi də yanvarın 28-də Trampın Netanyahunu fevralın 4-də Ağ Evdəki görüşə dəvət etdiyini açıqlayıb. Departament qeyd edib ki, Netanyahu “Donald Trampın ikinci prezidentliyi dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir”.
Yeganə