İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Hizbullah ilə istənilən atəşkəsdə “İsrailin bunu həyata keçirmək qabiliyyətinə malik olması vacibdir”.
Elchi.az xəbər verir ki, Baş nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu Qərbi Qüdsdə ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn və Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurk ilə görüşüb.
Netanyahu oktyabrın 29-da nazirlər və yüksək rütbəli hərbi rəsmilərlə Livanda Hizbullah ilə münaqişələrin diplomatik həlli yollarını müzakirə edib.
Yerli mətbuata danışan adı açıqlanmayan bir İsrail rəsmisi İsrail ordusunun Livandakı qurudan hücumlarının “sona çatmaq üzrə olduğunu” iddia edib.
Nuranə Məmmədova