image-netanyahu-cpibackend

Netanyahu İsrailin “məqsədini” açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu uzunmüddətli strategiyalarının “İranın şər oxunu ortadan qaldırmaq” olduğunu və bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail parlamentində (Knesset) çıxışında oktyabrın 26-da İrana qarşı hava hücumu ilə bağlı açıqlamalar verib.
İrana hava hücumunun hərtərəfli olduğunu iddia edən Netanyahu Tehranın bölgədəki vəkil qüvvələrinin hücumu dəf edə bilmədiklərini müdafiə edib.
İsrailin uzunmüddətli strategiyasının “İranın şər oxunu ortadan qaldırmaq” olduğunu ifadə edən Netanyahu bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki