image-3f5d42e8-ae60-3744-a75a-819ef2a417bf_850backend

Nazir: Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq

Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq.

Elchi.az Pakistan KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın informasiya naziri Atta Tarar bildirib.

“Azərbaycan tezliklə Pakistandan “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı mümkündür”, – A.Tarar qeyd edib.

Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Bakıda Pakistan-Azərbaycan Biznes Forumunda iştirak edərkən iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“İndi vaxt gəlib çatıb ki, Pakistan və Azərbaycan müdafiə sahəsində mövcud gözəl strateji münasibətlərin vəziyyətini daha yüksək səviyyəyə qaldırmalıdır. Biz müdafiə sahəsində birgə istehsal potensialı yaratmalıyıq ki, hər iki tərəf buna tam sadiqdir. Azərbaycan nümayəndə heyəti aprel ayında Pakistana səfər edəndə bu, nümayəndə heyətinin gündəliyinin prioritet maddələrindən biri olacaq. Bu mövzuda ciddi, səmimi müzakirələrə və danışıqlara hazır olacağıq”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, “JF-17” qırıcıları Pakistan və Azərbaycanın fəal əməkdaşlıq etdiyi daha bir baha qiymətli məhsuldur.

Bildirək ki, 2024-cü il sentyabrın 25-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki