Misir prezidenti Əbdülfəttah əs-Sisi, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 israilli əsir və bəzi fələstinlilərin mübadiləsi üçün 2 günlük atəşkəs təşəbbüsü təklif etdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki, Misir prezidenti Sisi və əlcəzairli həmkarı Əbdülməcid Tebbun paytaxt Qahirədə birgə mətbuat konfransı keçirib.
Mətbuat konfransında Sisi, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında saxlanılan 4 israilli məhbus və bəzi fələstinlilərin mübadiləsi üçün 2 günlük atəşkəs təşəbbüsü təklif etdiklərini söyləyib.
Misir prezidenti Sisi, “Müvəqqəti atəşkəsin daimi atəşkəsə çevrilməsi üçün yaxın 10 gün ərzində danışıqlar aparılacaq” – deyib.
Əlcəzair Prezidenti Tebbun, “Mənim səfərim dostluq, qardaşlıq və məşvərət xarakterli bir səfərdir və burada bir çox ortaq əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur” – deyib.
Tebbun Sisinin Qəzza zolağı ilə bağlı atəşkəs təşəbbüsünü dəstəklədiklərini bildirib.
Nuranə Məmmədova