image-thumbs-b-c-b83537d93a557ab3d7936117878f9923backend

Meksika və Braziliya ikitərəfli ticarəti gücləndirəcək

Latın Amerikası regionunun ən böyük iqtisadiyyatları olan Meksika və Braziliya öz aralarında ticarəti gücləndirmək barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Hondurasın paytaxtı Tequsiqalpada Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin Sammiti keçirilir.
Sammit çərçivəsində görüşən Meksika prezidenti Klaudiya Şeynbaum və Braziliya prezidenti Luiz İnasio Lula da Silva regional əlaqələri müzakirə ediblər.
Şeynbaum və Lula ABŞ prezidenti Donald Trampın tarifləri və deportasiyaların artırılması da daxil olmaqla bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Lula sosial media platformasındakı X hesabında yazıb: “Biz Braziliya və Meksikanın iş dünyası arasında müntəzəm görüşləri təşviq etməklə iki ölkə arasında əlaqələri gücləndirmək qərarına gəldik”.
“İndi Latın Amerikası və Karib hövzəsinin birliyə və həmrəyliyə ehtiyacı olduğunu dərk etməyin vaxtıdır, həmişəkindən daha artıqdır”, – deyə Şeynbaum bildirib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki