Fransa prezidenti Emmanuel Makron deyib ki, Ukraynada mümkün sülh “Ukraynanın təslim olması demək deyil”.
Elchi.az xəbər verir ki, Makron Ağ Evdə ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransı keçirib.
Ukraynanın Rusiyaya qarşı göstərdiyi “müqavimət”in hər kəs tərəfindən təqdir edildiyini bildirən Makron 3 ildir davam edən müharibə ilə bağlı “Heç kim güclülərin qanununun keçdiyi bir dünyada yaşamaq istəməz” deyib.
Digər tərəfdən Makron Trampın Ukrayna üçün “sülh qurmaq arzusunu” paylaşdıqlarını və ABŞ prezidenti ilə görüşlərində bu mövzuda “əhəmiyyətli irəliləyiş” əldə etdiklərini bildirib.
Makron həmçinin Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyindən məmnun olduğunu bildirib.
Ukraynada sülhün “həyatları xilas etmək üçün bir zərurət” olduğunu qeyd edən Makron, “Sülh Ukraynanın təslim olması demək deyil və atəşkəs (təhlükəsizlik) zəmanəti olmadan əldə edilə bilməz” dedi.
Avropanın təhlükəsizliyi və müdafiəsi üçün “daha çox şey etməyə” hazır olduqları mesajını verən Makron, “Avropanın (Ukrayna üçün) təhlükəsizlik zəmanətlərinin bir hissəsi olması ilə bağlı açıq mesaj daşıyıram” ifadəsini işlədib.
Makron Ukraynada sülhü bərqərar edəcək “tez, lakin kövrək olmayan razılaşma” istədiklərini də vurğulayıb.
Şayəstə Hüseynova