image-makronbackend

Makron: “Rusiya Trampın təkliflərinə baxmayaraq müharibəni davam etdirməyi seçir”

Bazar günü Rusiyanın Sumiyə raket zərbəsi endirdikdən sonra Fransa prezidenti bildirib ki, Trampın təkliflərinə baxmayaraq, Rusiya müharibəni davam etdirməyi seçir.

Elchi.az xəbər verir ki, bu barədə Fransa rəhbəri sosial şəbəkədə yazıb.

“Bu səhər iki rus raketi Ukraynanın Sumi şəhərinin tam mərkəzinə düşüb və çoxsaylı mülki əhali, o cümlədən uşaqlar yenidən həlak olub”, – Makron Ukrayna da daxil olmaqla üç dildə təkrarlanan qeyddə yazıb.

Makron əlavə edib ki, hamı bilir ki, bu müharibəni yalnız Rusiya istəyir.

“Bu gün aydındır ki, yalnız Rusiya bunu davam etdirməyi seçir: “İnsan həyatına, beynəlxalq hüquqa və prezident Trampın diplomatik təkliflərinə məhəl qoymayaraq”, – Fransa prezidenti vurğulayıb.

O, qeyd edib ki, Rusiyanı atəşi dayandırmağa məcbur etmək üçün qəti tədbirlər görülməlidir və Fransa bu məqsədə çatmaq üçün tərəfdaşları ilə yorulmadan çalışır.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki