image-belarus-cumhurbaskani-lukasenko-ordunun-ulke-disinda-savasmayacagini-soyledi-4c7hbackend

Lukaşenko: Ordu ölkədən kənarda döyüşməyəcək

Belarus prezidenti Aleksandr Lukaşenko yalnız ölkələrinə hücum olacağı təqdirdə döyüşəcəklərini və ordunun ölkəni tərk etməyəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, Lukaşenko Belarusun Belta xəbər agentliyinə açıqlama verib.
Belarus ordusunu sərhəddən döyüşə göndərməyəcəklərini ifadə edən Lukaşenko, “Ölkəmizi tərk etmək əmri olmayıb və olmayacaq. Yalnız bizə pis niyyətlə gəlsələr, döyüşəcəyik. Bu qədər.” dedi.
Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhəddə əsgər və texnika topladığını bəyan edərək, sərhəd pozulacağı təqdirdə bütün hərbi birləşmə və obyektlərinin ordusunun hədəfinə çevriləcəyi barədə xəbərdarlıq edib.
Digər tərəfdən, Belarus Müdafiə Nazirliyi avqustun 26-da keçirilən təlim üçün Rusiyaya raket və artilleriya birləşmələrinin göndərildiyini bildirib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki