image-272765backend

Livanda daha 2 tibb işçisi dünyasını dəyişib

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda daha 2 tibb işçisinin həlak olduğu bildirilib.
Elchi.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada , İsrail ordusunun cənubundakı Sur şəhərinin Əl-Bəzuriyə qəsəbəsində İslam Sağlamlıq Təşkilatının qruplarını hədəf aldığı bildirilib.
Hücumda 2 ilk yardım işçisinin həyatını itirdiyi bildirilib.
Açıqlamada Sur şəhərinin Tebnin Dövlət Xəstəxanası yaxınlığında baş verən hücumda xəstəxananın daxilində və xaricində ümumilikdə 10 nəfərin yaralandığı qeyd edilib.
Beləliklə, İsrailin hücumlarında həyatını itirən tibb işçilərinin sayı 180-ə, yaralıların sayı isə 294-ə yüksəlib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki