image-81backend

Kreml Putinlə Təhlükəsizlik Şurasının üzvləri arasında görüş elan edib

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşəcək.

Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Dekabrın 5-də Təhlükəsizlik Şurasının operativ iclası keçirilməli idi.

Putin sonuncu dəfə noyabrın 8-də Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb. İclasda nələrin müzakirə olunacağı barədə məlumat yoxdur. Peskovun jurnalistlərlə söhbəti zamanı ondan Çeçenistan rəhbəri Ramzan Kadırovun hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı tənqidi bəyanatı şərh etməsi istənilib. Mətbuat katibi Kadırovun sözlərinə qiymət verməkdən yayınıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki