image-thumbs_b_c_cd229df50816a1a6c0813a2339211560backend

Kreml Kiyevlə razılaşmalar barədə xəbərlərə münasibət bildirib

Rusiya və Ukrayna arasında enerji infrastrukturuna hücumları dayandırmaq üçün heç bir razılaşma olmayıb.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Peskov Kiyevlə enerji infrastrukturuna hücumlardan imtina etmək barədə iddia edilən razılaşmalar barədə xəbərləri şərh edib . O, bu məsələ ilə bağlı dəqiq razılaşmaların olmadığını vurğulayıb.
“İndi Kursk vilayətindəki vəziyyət fonunda hər hansı razılaşmanın əldə olunmasının mümkünlüyünü təsəvvür etmək çətindir”, – prezidentin mətbuat katibi vurğulayıb.
O qeyd edib ki, hazırda Rusiya üçün əsas vəzifə xüsusi hərbi əməliyyatın (SVO) məqsədlərinə nail olmaqdır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki