image-ring-2318676_1backend

Keniyada böyük kosmik tullantılar kəndə düşüb

Keniyadakı Mukuku kəndinə kosmosdan gözlənilməz qonaq gəlib. Keniya Kosmik Agentliyindən verilən açıqlamaya görə, təxminən 500 kiloqram ağırlığında və 2,5 metr diametrində olan bu obyekt kənddə heç bir can itkisinə səbəb olmayıb.
Elchi.az xəbər verir ki, rəsmilər, obyektin “ehtimal ki, raketin ayrılma mərhələsindən qalan” olduğunu söylədi. Obyektin hansı ölkəyə və ya təşkilata aid olduğunu müəyyən etmək üçün dağıntı parçaları araşdırılacağı bildirilib.
Keniya Kosmik Agentliyindən mayor Alois Were, “Obyektin sahibi müəyyən edildikdən sonra məsuliyyət daşıyanlar beynəlxalq hüquqda nəzərdə tutulmuş hüquqi mexanizmlərdən istifadə etməklə məsuliyyətə cəlb olunacaqlar” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki