Kanadanın Ontario əyalətində “Delta Air Lines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi hava limanına enərkən qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, CTV News-un məlumatına görə, Delta Air Lines sərnişin təyyarəsi Toronto əyalətinin paytaxtı Toronto Pearson hava limanına enərkən qəzaya uğrayıb.
Səlahiyyətlilər qəzada 8 nəfərin yaralandığını açıqlayıb.
Hava limanının “X” hesabından edilən şərhdə, qəzanın ardından təcili yardım qruplarının müdaxilə etdiyi ifadə edildi.
Sosial mediada paylaşılan görüntülərdə təyyarənin tərs çevrildiyi və ekipajların müdaxilə etdiyi görünür.
Nuranə Məmmədova