image-images-30backend

İsveç öz vətəndaşlarını mümkün nüvə müharibəsinə hazırlayır

İsveç hökuməti ölkə vətəndaşlarını hipotetik nüvə müharibəsinə hazırlamağa davam edir.
Elchi.az xəbər verir ki, bu barədə “Military Observer” Telegram kanalı yazır.
Telekanalın məlumatına görə, krallığın hakimiyyət orqanları hazırlıq çərçivəsində müharibə və ya digər böhran vəziyyətində ərzaq tədarükünün təşkili ilə bağlı təlimatların yer aldığı beş milyon yeni broşür yaymağa başlayıb.
Jurnalistlər qeyd edirlər ki, “Böhran və ya müharibə gələrsə” broşürü əvvəlki versiyalardan iki dəfə böyükdür və həmçinin nüvə hücumu zamanı öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər haqqında təlimatları ehtiva edir.
Yada salaq ki, broşüranın əvvəlki versiyalarından birinin müəllifləri isveçlilərə konservləşdirilmiş qida ehtiyatı yığmağı, portativ su filtri, ilk yardım dəsti və radio almağı məsləhət görüblər. Ərzaq ehtiyatının üç ay əvvəldən yığılması təklif edilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, İsveç hakimiyyətinin krallıq sakinlərinə hərbi əməliyyatlar perspektivinə hazırlaşmağın zəruriliyi ilə bağlı çağırışları cəmiyyətdən reaksiya tələb edir.
Onun fikrincə, isveçlilər bu məsələ ilə bağlı hökumət nümayəndələrindən izahat tələb etməlidirlər.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki