İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı 183-ə yüksəlib.
Elchi.az xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
Açıqlamada “Alquds Today” televiziyasının fotomüxbiri Bilal Məhəmməd Rəcəbin İsrail tərəfindən öldürüldüyü bildirilib.
Bəyanatda İsrailin fələstinli jurnalistləri hədəfə alması, öldürməsi və onlara sui-qəsd etməsi şiddətlə pislənilib və “iyrənc” olaraq xarakterizə edilən bu cinayətin törədilməsinə görə tamamilə İsrail məsuliyyət daşıyıb.
Bəyanatda beynəlxalq ictimaiyyəti və dünyada jurnalistika ilə bağlı beynəlxalq təşkilatları İsraili çəkindirməyə, törətməkdə davam etdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə iddia qaldırmağa, soyqırım cinayətini dayandırması üçün İsrailə təzyiq göstərməyə və bu cinayəti dayandırmağa çağırıb.
Nuranə Məmmədova